SON XƏBƏRLƏR

Keyfiyyətsiz Çin maşınları iranlılara 10 qat baha satılır-Deputat

2023.06.22, 14:30
Keyfiyyətsiz Çin maşınları iranlılara 10 qat baha satılır-Deputat

İrana Çində istehal olunmuş keyfiyyətsiz avtomobillərin və ehtiyat hissələrinin idxalı davam edir. Hökumət isə bununla bağlı xalqın narazılığına, mütəxəssislərin tənqidlərinə məhəl qoymur.

Gunaz.tv

İran Məclisinin deputatı Lütfulla Siyahkəli keyfiyyətsiz Çin avtomobillərinin xalqa baha qiymətə satıldığını bildirib.

Lütfulla Siyahkəli idxal olunan bu avtomobillərin "əl yaldıran" qiymətlərinə etirazını bildirib.

“Çin avtomobilinin gerçək qiyməti 300 milyon tümən (6200 ABŞ dolları) olduğu və idxalı 750-800 milyon tümənə başa gəldiyi halda əhaliyə 3 milyard tümənə (62 min ABŞ dolları) satırıq.

Bu məsələ hansı məntiqə uyğundur? Xalq avtomobilin İran daxilində və kənarda qiymətinin neçə olduğunu yaxşı bilir. Bu nə işdi biz görürük?”- Siyahkəli belə deyib.

Qeyd edək ki, ötən il Avtomobil İdxalçıları Asosiyasiyasının katibi Mehdi Dadfər də bu məsələ ilə əlaqədar hökumətin siyasətini tənqid edib.

Mehdi Dadfər deyib ki, Çin avtomobillərinin və ehtiyat hissələrinin idxalına icazə veriləndən sonra bu məhsullar İran bazarını ələ keçirib. 

“Əllərinizə sağlıq, tanınmış dünya brendləri idxal olunmasın deyə avtomobil idxalatına qadağa qoydunuz. Bununla da ölkəni Çinin əyalətinə çevirdiniz"-Dadfər hökuməti ələ salaraq deyib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar