SON XƏBƏRLƏR

XİN rəhbərləri iki ölkə arasında əməkdaşlığı müzakirə ediblər

2023.06.23, 06:51
XİN rəhbərləri iki ölkə arasında əməkdaşlığı müzakirə ediblər

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Əbu-Dabidə BƏƏ-nin xarici işlər naziri Şeyx Abdulla Bin Zayd ilə görüşüb.

Gunaz.tv

Tərəflər müxtəlif sahələrdə əməkdaşlığın prioritet məsələlərini, o cümlədən siyasət, iqtisadiyyat, ticarət, parlamentarizm, mədəniyyət, elm və konsulluq məsələlərini müzakirə ediblər.

İranın xarici işlər naziri iki ölkə liderlərinin qərarlılığı və siyasi iradəsinə uyğun olaraq ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə, ikitərəfli və regional münasibətlərin müxtəlif sahələrində daha intensiv əməkdaşlıqlara ümid etdiyini bildirib.

BƏƏ-nin xarici işlər naziri, öz növbəsində, görüşdən məmnunluğunu ifadə edib və rəhbərlik etdiyi Nazirliyin ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə və iki ölkə liderlərinin xoş niyyətlərinin həyata keçirilməsinə yardım etməyə hazır olduğunu vurğulayıb. (trend)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar