SON XƏBƏRLƏR

5 dövlət BMT-yə İranla bağlı tələb irəli sürdü

2023.06.24, 12:15
5 dövlət BMT-yə İranla bağlı tələb irəli sürdü

Amerika, Britaniya, Fransa, Ukrayna və Albaniya İranla Rusiyanın Ukraynaya qarşı müharibədə PUA əməkdaşlığı barədə tədqiqat aparılmasını BMT-dən tələb ediblər.

Gunaz.tv

5 dövlətin Təhlükəsizlik Şurasında oxunmuş birgə bəyanatını Amerikanın BMT-dəki elçisi Tomas Qrinfild səsləndirib.

“Rusiya Ukraynaya qarşı müharibədə Təhlükəsizlik Şurasının qətnaməsini pozur. Bu ölkə İrandan yüzlərlə "Mühacir" və "Şahid" PUA-ları alıb. Rusiya həmçinin İranın köməyi ilə bu PUA-ları Rusiya ərazisində istehsal etmək istəyir.

Rus odusu bir neçə həftədir bu PUA-larla Kiyevə və ölkənin infrastrukturuna həmlələr edib, Ukrayna əhalisini qırıb və onlarda vahimə yaradıb.

BMT dünya ictimaiyyətinin  bu tələbi ilə razılaşmalı və İranla Rusiyanın qanunsuz hərəkətləri barədə tədqiqat və araşdırma aparmalıdır"-bəyanatda belə deyilir.

İranın BMT-də təmsilçiliyi bu bəyanatı “Ukrayna müharibəsində İranı pis imicdə təqdim etmək təşəbbüsü” adlandırıb.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar