SON XƏBƏRLƏR

Çin İrandan çoxlu sayda PUA almağı planlaşdırır

2023.06.24, 17:55
Çin İrandan çoxlu sayda PUA almağı planlaşdırır

İyunun 24-də Küveytin “Əl-Cəridə” qəzeti İran Müdafiə Nazirliyindəki məlumatlı qaynağa istinadən iddia edib ki, Çin İrandan 30 min PUA almaq istəyir.

Gunaz.tv

“İranın istehsalı olan PUA-lara tələbat artıb və dünyanın 35 ölkəsinin hərbi məsləhətçisinin marağındadır"-qəzet belə yazıb.

Xəbərdə həmçinin bildirilir ki, Çin bundan öncə İrandan 15 min PUA almaq üçün müqavilə bağlayıb.

"2 gün öncə eyni sayda PUA almaq üçün İranla başqa bir müqavilə də imzalanıb.

PUA-lar Orta Asiya, Afrika, Latin Amerikası və  ŞərqiAsiya ölkələrinin marağındadır və bu ölkələrin çoxu onları almaq üçün müraciət edib.

Lakin həmin sayda PUA istehsalı İran zavodlarının gücü xaricindədir”.

Rusiya Ukraynaya qarşı müharibədə istifadə etmək üçün daha ucuz olan İran PUA-larını alır.

Qeyd edək ki, Çinin İrandan alacağı xeyli sayda PUA-nın hansı məqsədlər üçün istifadə olunacağı sual doğurur.

Bu ölkənin də İran PUA-larını Tayvana qarşı ehtimal olunan müharibədə istifadə etmək üçün aldığı ehtimal olunur. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar