SON XƏBƏRLƏR

Blinken Baydenin Çin lideri barədə sözlərinə aydınlıq gətirdi

2023.06.26, 10:05
Blinken Baydenin Çin lideri barədə sözlərinə aydınlıq gətirdi

ABŞ dövlət katibi Entoni Blinken CNN-ə müsahibəsində Çin prezidenti Si Cinpini “diktator” adlandıran Co Baydeni mövqeyini müdafiə edib.

Gunaz.tv

O, əlavə edib ki, dövlət başçısının bəyanatları bütün Amerika rəhbərliyinin mövqeyini əks etdirir.

“Prezident aydın və açıq danışır. Mən 20 ildən artıqdır ki, onun yanında işləmişəm və o, hamımızın sözünü deyir", - Blinken bildirib.

Dövlət katibi əlavə edib: "Çinə gəldikdə ABŞ-ın onların xoşuna gəlməyən şeyləri deyəcəyi və edəcəyi tamamilə aydındır.

Qarşı tərəf də Amerikanın xoşuna gəlməyən fikirləri səsləndirəcək və həyata keçirəcək".

Ayxan
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar