SON XƏBƏRLƏR

"İran maşınları keyfiyyətsizdir "-Ekspert səbəbləri sadaladı

2023.06.26, 14:00
"İran maşınları keyfiyyətsizdir "-Ekspert səbəbləri sadaladı

"İranın istehsal etdiyi avtomobillərin keyfiyyəti çox aşağıdır". Bunu iranlı avtomobil istehsalı üzrə ekspert Behzad Rəncbər deyib.

Gunaz.tv

Onun sözlərinə görə, İran avtomobillərinin keyfiyyətsizliyinin 63 faizi xarab ehtiyat hissələri, 26 faizi quraşdırma, 11 faizi isə dizaynı ilə əlaqədardır.

"Lakin bu çatışmazlıqlar əsasən dizaynın keyfiyyətinin aşağı olmasından törənir”-Behzad Rəncbər belə deyib.

Qeyd edək ki, bir sıra hesabatlara görə, avtomobil istehsalında qədim dizaynın əsas götürülməsi və alıcıların iradlarının dinlənilməməsi keyfiyyətin aşağı düşməsinə gətirib çıxarıb.

 Araşdırmalar göstərir ki, iradların 32 faizi avtomobilin korpusu və salonu, 22 faizi təhlükəsizliyi, 16 faizi havalandırma və elektrik cihazları, 10 faizi mühərrik, yanacaq çatdırma sisteminə aiddir. 

Avtomobilin keyfiyyətinin ölçülməsi barədə əmsallardan biri Məhsulun İlkin Keyfiyyətindən Razı Qalma Miqdarı adlandırılır. 

Belə ki, avtomobilin satılmasından ilk 3 ay ərzində müştərinin bildirdiyi iradların sayı avtomobilin keyfiyyətinin necə olduğunu bildirir.

İranın Standard Təşkilatının məlumatına görə, bu əmsal dünya üzrə 0.9 olduğu halda İranda 2.79-dur. 

Yəni İran istehsalı olan avtomobillərin  alışından ilk 3 ay ərzində təmir mərkəzlərinə müraciət edənlər 3 qat çoxdur.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar