SON XƏBƏRLƏR

"Uzun növbələr insanları bezdirib"-Xameneyinin nümayəndəsi çörək qıtlığından danışdı

2023.06.26, 14:57
"Uzun növbələr insanları bezdirib"-Xameneyinin nümayəndəsi çörək qıtlığından danışdı

İranın bir şox bölgələrində un və çörək qıtlığının şiddətlənib. Artıq rejim nümayəndələri də bunu etiraf etməyə məcbur olublar.

Gunaz.tv

Təbrizin cümə imamı və İran rəhbəri Əli Xameneyinin Şərqi Azərbaycan üzrə nümayəndəsi Məhəmmədəli Ali Haşim məsələ ilə bağlı çıxış edib.

O, bildirib ki, hazırda ölkədə çörək qıtlığı ən çətin problemlərdən birinə çevrilib.

"Xalqın mühüm problemlərindən biri də çörək məsələsidir. Çörəkxanaların qarşısındakı uzun növbələr insanları əziyyətə salıb.

Təəssüf ki, problemimiz hələ də davam edir. Bir neçə çörək almaq üçün vətəndaşlar saatlarla növbələrdə gözləməli olurlar",- cümə imamı belə deyib.

Qeyd edək ki, bundan əvvəl İran rəsmiləri un və çörək çatışmazlığı ilə bağlı məlumatları rədd edirdilər.

Son günlər millət vəkilləri və yerli icra nümayəndələri, valilər problemin ciddiliyi ilə bağlı xəbərdarlıqlar etməyə başlayıblar.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar