SON XƏBƏRLƏR

İsrail vətəndaşlarına qarşı terror aktının detalları açıqlanıb

2023.06.27, 12:25
İsrail vətəndaşlarına qarşı terror aktının detalları açıqlanıb

İsrailin "Kanal 12" televiziyası Kiprdə İsrail vətəndaşlarına qarşı SEPAH-ın planlaşdırdığı terror aktının ayrıntılarını açıqlayıb.

Gunaz.tv

Məlumata görə, saxlanılmış terrorçular bir neçə şəxsə, o cümlədən Kiprdə əmlak üzrə fəaliyyət göstərən israilli biznesmenə hücum planlaşdırıbmış.

Həmçinin israillilərin Kiprdə getdiyi “Çabad” Dini Mərkəzə, hotellərə və turist məkanarına da həmlə planı olub.

Qeyd edək ki, “Çabad” Dini Mərkəzi dünya yəhudilərinə yardım fəaliyyəti ilə məşğuldur.

Kanal 12 həmçinin Kiprin təhlükəsizlik qüvvələrinə istinadən 7 Pakistan vətəndaşının SEPAH tərəfindən terror aktına cəlb olunduğunu və onların saxlanıldırığını bildirib.

İsrailin baş naziri Benyamın Netanyahu məsələ ilə bağlı açıqlama verib.

“İsrail müxtəlif metodlarla hər yerdə yəhudiləri və israilliləri qorumağa çalışır.

Dünyada ən böyük terror təminatçısı İrandır. İran terrorizmi harada baş qaldırarsa məhv edəcəyik"-baş nazir belə deyib.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar