SON XƏBƏRLƏR

İranın püstə ixracı 50 faiz azalıb

2023.06.28, 13:46
İranın püstə ixracı 50 faiz azalıb

İranın Kirman əyalətinin Ticarət Palatasının rəhbəri Mehdi Təbibzadə püstə ixracının 50 % azaldığını açıqlayıb.

Gunaz.tv

Onun sözlərinə görə, son bir ildə İranın püstə ixracının məbləği 500 milyon dollar olub, bu isə ondan öncəki illə müqayisədə 50% azalıb.

"Əvvəlki illərdə püstə ixracına görə İran birinci yeri tuturdusa, son bir neçə ildə bu pilləni itirib, püstə istehsalı və ixracı üzrə isə Amerika və Türkiyə təşəbbüsü ələ alıb",- Təbibzadə qeyd edib. 

O, püstə istehsalı və ixracının azalmasının ən mühüm səbəbləri kimi şaxta vurması, yetərli suyun olmaması, fermerlər üçün yüksək maraq doğuran bank imkanları, eləcə də valyuta öhdəliyinin rəsmiləşdirilməməsi olduğunu bildirib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar