SON XƏBƏRLƏR

"Qafqazda geosiyasi dəyişikliyin əleyhinəyik"-İran prezidenti

2023.06.28, 14:39
"Qafqazda geosiyasi dəyişikliyin əleyhinəyik"-İran prezidenti

İran prezidenti İbrahim Rəisi Ermənistanın baş naziri Nikol Paşiniyanla telefon danışığında Tehranın hər hansı geosiyasi dəyişikliyə və ya Qərb hərbi qüvvələrinin Qafqazda mövcudluğuna qarşı olduğunu vurğulayıb.

Gunaz.tv

İranın Prezident Aparatının məlumatına əsasən, Rəisi ölkəsinin region ölkələrinin ərazi bütövlüyü və tarixi sərhədlərini dəstəklədiyini deyib.

"İran və Cənubi Qafqaz regionu bir-birinin tarixi və mədəni hissələridir.

İran qonşuluq siyasətinə və əlaqələrin möhkəmləndirilməsinə uyğun olaraq Cənubi Qafqaz regionu ilə qarşılıqlı əlaqələrin və əməkdaşlığın genişləndirilməsinə yüksək əhəmiyyət və prioritet verir",- o iddia edib.

Rəisi həmçinin Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün qarşılıqlı tanınmasının sülh yolunda mühüm addım olduğunu bəyan edib.

"İki ölkənin sərhədləri tez bir zamanda təhlükəsizlik məkanından uzaqlaşaraq iqtisadi sərhədlərə çevrilməlidir",-İran prezidenti qeyd edib.

Timur
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar