SON XƏBƏRLƏR

İranda hüquqlarını tələb edən 8 müəllimə 34 il həbs cəzası kəsilib

2023.06.29, 13:20
İranda hüquqlarını tələb edən 8 müəllimə 34 il həbs cəzası kəsilib

Fars Əyaləti Müəllimlərinin Həmkarlar İttifaqı öz və həmkarlarının hüquqlarını tələb edən 8 müəllimə iyunun 10-da 34 il həbs cəzası verilməsinə etiraz edib.

Gunaz.tv

Hökmün ləğv olunmasına ümid qalmadığını bəyan edən ittifaq birinci stansiya məhkəməsində çıxarılmış hökmün “inanılmaz və ədalətsiz” olduğunu bildirib.

Bəyanat müəlliflərinin sözlərinə görə açılmış işə baxmış hakimlər onların müəllimlərin qanuni nümayişində iştirakını “sistemə qarşı əlbir olub toplaşma” ittihamı olduğunu qeyd ediblər.

"Əyalətin müəllimlər sinifi heç bir qanuni və hüquqi əsası olmayan çıxarılmış həmin hökmləri qınayır"-bəyanatda belə deyilir.

Həmçinin Ana Yasanın 27-ci maddəsinə istinad olunaraq sülhcəsinə tolaşmaların mümkün olduğu qeyd edilib.

Habelə hökmü çıxaranlardan həmin “sədaqətli və düzgün müəllimərə çıxarılmış hökmlərdə düzəliş və onlara bəraət verilməsi” tələb olunub.

Bəyanatda müəllimlərin gərginlik yaratmadan, tam sakitcə Təhsil Baş İdarəsi və sair təhsil idarələri qarşısında şagirdlərin hüquqları və təqaüdə çıxmış müəllimlərin maaşları barədə illərdir nümayişlər keçirdiyi qeyd olunub.

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar