SON XƏBƏRLƏR

"Hakim hökuməti yox, ədaləti qorumalıdır"-İranın nüfuzlu din xadimi

2023.06.29, 16:45
"Hakim hökuməti yox, ədaləti qorumalıdır"-İranın nüfuzlu din xadimi

İran sünnilərinin mənəvi lideri Moləvi Əbdül Həmid hakimiyyət orqanlarından ötən aylarda saxlanılan etirazçılara qarşı ədalətli davranmağı tələb edib.

Gunaz.tv

Moləvi Əbdül Həmid bu barədə Qurban bayramı xütbəsində danışıb.

O, təhlükəszilik qüvvələrinin əməlləri nəticəsinə kor olmuş, ayaqlarını itirmiş və saxlanılmış etirazçılara qarşı ədalətli davranmağı tələb edib.

“Ölkənin rəsmi orqanlarında, o cümlədən məhkəmə sistemində qanun pozuntuları baş alıb gedir. Neqativ əməllər bu sistemdə kök salıb, pozuntu sistemli bir tərzə çevrilib.

Hakim hökuməti və sistemi deyil, ədaləti qorumalıdır. Məhkəmə sistemi siyasi məsələlərdən kənar qalmalıdır"-deyə, o bildirib. 

Sünni din xadimi deyib ki, məhkəmə o vaxt xalqın sığınacağına çevrilə bilər ki, qurumların və orqanların sözlərini deyil xalqın sözlərini dinləsin:

"Məhkəmə aparatı təhlükəszilik, hərbi qurum, prezident və hətta rəhbərdən təsir almadığı hala müstəqil sayılır.

Mənim gözləntim bu idi ki, məskəmə sistemi etirazlara tərəfsiz yanaşsın, lakin elə deyil”.

Qeyd edək ki, Moləvi Əbdül Həmidi susdurmaq üçün cürbəcür şantaj planı hazırlanıb.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar