SON XƏBƏRLƏR

Rusiyanın Buxarestdəki səfirliyinin əməkdaşları Rumıniyanı tərk edir

2023.07.01, 09:00
Rusiyanın Buxarestdəki səfirliyinin əməkdaşları Rumıniyanı tərk edir

Rusiyanın Buxarestdəki səfirliyinin əməkdaşları ölkə hakimiyyətinin diplomatik missiyanın işçilərinin sayını azaltmaq tələbi ilə əlaqədar iyulun 1-də Rumıniya ərazisini tərk edəcəklər.

Gunaz.tv

Bu barədə Rumıniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Diplomatik nümayəndəliyin 40 əməkdaşının ailə üzvləri ilə birlikdə ölkəni tərk edəcəyi dəqiqləşib. Ümumilikdə 80 nəfər ölkəni tərk edəcək.

İyunun 8-də məlum olub ki, Rumıniya Rusiya səfirliyinin 50-dən çox əməkdaşını ölkədən çıxarmaq qərarına gəlib.

Bəyanatda deyilir ki, 21 diplomat, 30 texniki və inzibati heyət Rumıniyanı tərk etməlidir. Onlara 30 gün ərzində tərk etmək əmri verilib. (report)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar