SON XƏBƏRLƏR

İsrail İranın Cenindəki terror bazasında əməliyyat keçirib

2023.07.03, 12:00
İsrail İranın Cenindəki terror bazasında əməliyyat keçirib

İsrail İranın Cenin şəhərindəki terror bazasında əməliyyat keçirib. Bu barədə İsrailin müdafiə qüvvələri iyulun 2-də bildirib.

Gunaz.tv

İsrailin ordusu Cenin şəhərində və özəlliklə qaçqın düşərgəsində anti-terror əməliyyatı keçirildiyini təsdiqləyib.

“Ötən 2 ildə Cenin terrorçuluğun əsas mərkəzinə və İsraildə əhalinin sıx olduğu yerlərə yaxınlaşmaq məqsədi ilə İran üçün bazaya çevrilib.

İsraillilərə qarşı olan terror həmlələrinin çoxu bu şəhərdən edilir. Terrorçu vətəndaşlarımıza həmlə edərkən biz boş dayana bilmərik"-İsrailin Amerikada səfirliyinin əməliyyat barədə yaydığı açıqlamada belə deyilir.

Bu əməliyyatlarda həmlə məqsədlərindən biri fələstinli qrupların Cenində ortaq qərargahı olub.

"Qərargah monitorinq, silahlı birləmələrin toplaşması, əlaqə və koordinasiya məkanı, həmçinin terror əməliyyatından sonra yayınan terroristlərə sığınacaq kimi istifadə olunurmuş. Terrorçular silahlar və partlayıcı maddələr də saxlayırmış".

İsrailin Daxili İnformasiya və Təhlükəsizlik Təşkilatı və İsrail Ordusunun  birgə bəyanatında belə deyilir.

Fələstinlilərin məlumatına görə, İsrail azı 4 binaya  hava həmlələri edib, nəticədə şəhərin elektrik təminatı kəsilib.

Əməliyyatla bağlı İsrail Cenin əhalisinə müraciət edib.

“Terrorçulara qarşı əməliyyat keçirildiyinə görə evdə qalın və ailələrinizi qoruyun"-müraciətdə deyilir.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar