SON XƏBƏRLƏR

3 Avropa ölkəsi İrana sanksiyaları qaytarmağı düşünür

2023.07.03, 12:50
3 Avropa ölkəsi İrana sanksiyaları qaytarmağı düşünür

"Hərtərəfli Ortaq Hərəkətlər Planı" adlanan İranla nüvə sazişində tərəf olan 3 Avropa ölkəsi: Britaniya, Almaniya və Fransa İrana sanksiyaları qaytarmağı düşünür. Bu barədə "The Guardian" qəzeti yazıb. 

Gunaz.tv

“Razılaşmanın ziddinə olaraq İran ballistik raketlər istehsal etdiyinə görə Avropa ölkələri sanksiyaları qaytarmağı düşünür. İranla nüvə danışıqlarını dəstəkləmək üşün İrana sanksiyaların dayandırılması barədə BMT-nin qətnaməsi cari ilin oktyabr ayının 18-də bitəcək”-nəşr bildirib.

Qeyd edək ki, Amerika 5 il öncə "İranla Hərtərəfli Ortaq Hərəkətlər Planı" sazişindən çıxıb. 
Lakin 3 Avropa ölkəsi: Britaniya, Almaniya və Fransa sazişdə qalıb.

Bu ölkələr İrana sanksiyaların qaytarılmasının səbəbini İran tərəfindən nüvə razılaşmasının pozulması, Ukraynaya qarşı istifadə üçün Rusiyaya PUA və ballistik raketlər satışı ehtimalı ilə əlaqələndirir.

Qeyd edək ki, bir müddət öncə Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi məsələ ilə bağlı açıqlama verib.

O,  bildirib ki, Tehran agentliklə nəzərdə tutulmuş səviyyədə və sürətlə əməkdaşlıq etmir.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar