SON XƏBƏRLƏR

İrandan ucuz işçi qüvvəsi İraqa axışır

2023.07.03, 14:51
İrandan ucuz işçi qüvvəsi İraqa axışır

İrandan İraqa işçi qüvvəsi köçü artıb. Bu barədə İran və İraq Ortaq Ticarət Palatasının baş katibi Cahanbəxş Səncabi Şirazi açıqlama verib.

Gunaz.tv

“Ölkəmizin qərb və cənub bölgələrindən dil və mədəniyyət yaxınlığına əsasən gənclər İraqın cənubuna və mərkəzinə köç etməyi üstün tuturlar.

İraq on illərlə durğunluğu artıq geridə qoyub. Daxili və xarici investisiyalar artıb, ölkə yenidənqurma mərhələsinə çatıb. 

Ona görə də bu ölkənin bazarında mallara, xidmətlərə və işçi qüvvəsinə ehtiyac artıb"-Cahanbəxş Səncabi Şirazi belə deyib.

Onun sözlərinə görə, İraqın yaxın olması, İraq pulunun qonşu ölkələrlə müqayisədə dəyərinin yüksək olması da köç artımına rəvac verir:

"Köç edən işçilər belə düşünür ki, İranda işlədiyi eyni iş vaxtı ərzində İraqda daha yaxşı qazanc ələ edə bilərlər. 

İraq qarşıdakı 2 ildə dövlət büdcəsi 153 milyard dollara çatacaq. Ölkənin neftdən gələn gəlirləri də xeyli artıb. 

Ona görə də İraqın işçi qüvvəsinə, xidmətlərə və mallara ehtiyacı da çoxalıb. Bu ölkəyə iki qrup: sadə işçi qüvvəsi və bacarıqlı mütəxəsislər üz tutur.

Bacarıqlı işçi qüvvəsi aylıq 2 min dollar alarsa bizim pulla hardasa 100 milyon tümənə bərabərdir.

Bu isə iri bir məbləğdir".

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar