SON XƏBƏRLƏR

Moldovada matəm elan olunub

2023.07.03, 15:45
Moldovada matəm elan olunub

İyulun 4-ü Moldovada milli matəm elan olunub.

Gunaz.tv

Bu barədə ölkə prezidenti Maya Sandu sərəncam imzalayıb.

Bildirilib ki, Kişinyov Beynəlxalq Hava Limanında həlak olanların xatirəsini yad etmək üçün iyulun 4-ü ölkədə milli matəm günü elan edilib.

Sabah ölkənin bütün ərazilərində, eləcə də Moldova Respublikasının xaricdəki diplomatik və konsulluq nümayəndəliklərində dövlət bayraqları yarıya qədər endiriləcək.

Saat 12:00-da həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Xatırladaq ki, iyunun 30-da Moldovanın paytaxtı Kişinyovdakı aeroportda atışma olub. Türkiyədən Moldovaya gəldiyi təxminən olunan şəxs odlu silahdan atəş açaraq 2 nəfəri qətlə yetirib. (modern)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar