SON XƏBƏRLƏR

"Hizbullah" israilli tədqiqatçını İraqda girov götürüb

2023.07.06, 12:50
"Hizbullah" israilli tədqiqatçını İraqda girov götürüb

Rus kökənli israilli, iki ölkənin vətəndaşı Yelizaveta Tsurkova bir necə aydır ki, İraqda “Kətaibi Hizbullah” qrupu tərəfindən girov götürülüb. Bu barədə İsrailin Baş nazirinin ofisi bildirib.

Gunaz.tv

Qeyd edək ki, “Hizbullah Kətaibi” qrupu İranın İraqda himayə etdiyi yarımhərbi şiə qruplarından biridir.

Ofis bu Orta Şərq işləri üzrə tədqiqatçının sağlamlığı və təhlükəsizliyi ilə bağlı İraq dövlətinin məsuliyyət daşıdığını deyib.

Fransanın xəbər agentliyi İraq rəsmilərinə istinadən bildirib ki, Tsurkov Ramazan ayının əvvəllərində Bağdadın bir kafesindən çıxan zaman oğurlanıb. 

Yelizaveta Tsurkovanın internet səhifəsində yerləşdirilmiş məlumatda bildirilir ki, Prinston Universitetinin 36 yaşlı tədqiqatçısı İrana bağlı yarımhərb birləşmələr barədə tədqiqat aparırmış.

Tsurkova bundan öncə araşdırma Suriya, İordaniya, Türkivə və sair bölgə ökələrdə olub. 

"Nyu York Tayms" qəzeti də İraq rəsmilərinə istinadən bildirib ki, tədqiqatçı 10 dəfədən artıq İraqa səfər edib.

Oğurlanmadan öncə İraqda təcili əməliyyat olunub.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar