SON XƏBƏRLƏR

Britaniya səfirliyinin müvəqqəti işlər vəkili İran XİN-ə çağırıldı

2023.07.07, 14:50
Britaniya səfirliyinin müvəqqəti işlər vəkili İran XİN-ə çağırıldı

Böyük Britaniyanın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar paketinə cavab olaraq bu ölkənin Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırılıb.

Gunaz.tv

İran XİN Britaniyanın sanksiyalar paketini təsdiqləməsini "təxribatçı və müdaxiləçi hərəkətlər” adlandırıb və buna etiraz edib.

Qeyd edək ki, bundan əvvəl iyulun 6-da "Reuters" agentliyi Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverliyə istinadən xəbər vermişdi ki, London hökuməti İranın nüvə proqramının inkişafını, insan haqlarının pozulmasını və ölkənin xaricdəki müxalifətə qarşı sui-qəsdini sərt tənqid etməklə yanaşı, İrana qarşı yeni sanksiyalar paketi tətbiq edib.

Böyük Britaniyanın XİN başçısı bununla yanaşı İran hökumətinin 2022-ci ilin əvvəlindən bu günə kimi İngiltərədə 16 dəfə adam oğurlamağa və ya öldürməyə cəhd etdiyini də bildirib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar