SON XƏBƏRLƏR

İraqda Rusiya-İsrail kökənli təqdiqatçının oğurlanması işi üzrə araşdırma başlanıb

2023.07.07, 16:20
İraqda Rusiya-İsrail kökənli təqdiqatçının oğurlanması işi üzrə araşdırma başlanıb

İraq dövlətinin sözçüsü Basem Əl-Əvadi rus-israil kökənli təqdidqaçı Yeliazaveta Tsurkovanın İraqda oğurlanması barədə tədqiqat aparıldığını deyib.

Gunaz.tv

Əl-Əvadi bu barədə iyulun 6-da "Əl-Əraqiyyə televiziyasına müsahibəsində danışıb.

“Məsələnin önəmli olduğunu nəzərə qalaraq hələ rəsmi mövqe bildirilmir və bu barədə tədqiqatın tamamlanmasını gözləyirik"-deyə, o, qeyd edib.

“Tsurkova hal-hazırda İranın himayəsində olan "Hizbullah Kətaibi" qrupunun nəzarətində həbsdə saxlanılır"-bunu isə İraq baş nazirinin ofisi bildirib. 

Adının açıqlanmasını istəməyən bir Qərb diplomatı da deyib ki, Tsurkova İraqa 2022-ci ilin yanvarında rus pasportu ilə gəlib.

Tsurkovanın şəxsi internet səhifəsində dərc olunmuş məlumata əsasən o, ingilis, ivrit, rus və ərəb dillərini bilir.

Araşdırmaçı “Nyu Lyanz Strateji Araşdırmalar Mərkəzi” və Qüdsdə yerləşən “Orta Şərq Düşüncə Ocağı” ilə əməkdaşlıq edir. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar