SON XƏBƏRLƏR

İranın bir neçə şəhərində etiraz aksiyaları keçirilib

2023.07.08, 09:39
İranın bir neçə şəhərində etiraz aksiyaları keçirilib

İranın bir neçə şəhərində etnik bəluçlar etiraz aksiyaları keçirib.

Gunaz.tv

Bəluc Fəallarının Kampaniyasının yaydığı məlumata görə etirazlar İranın Sistan və Bəluçistan əyalətinin Zahidan, Dezap və başqa bir neçə şəhərində baş tutub.

Cümə namazından sonra başlayan aksiyalarda hökumət əleyhinə şüarlar səsləndirilib, etirazçı məhbusların azadlığa buraxılması və edam cəzalarının dayandırılması tələb edilib.

Adı çəkilən şəhərlərin əksər bölgələrində internet və mobil teefon xidmətinin işləmədiyi bildirilir.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar