SON XƏBƏRLƏR

İranda iki məhkum küçədə edam edildi

2023.07.08, 13:29
İranda iki məhkum küçədə edam edildi

İyulun 8-i səhər saatlarında İrann Fars əyalətinin mərkəzi Şiraz şəhərində Məhəmməd Ramiz Rəşidi və Nəim Haşim Qətali adlı iki məhkum ictimaiyyətin gözü qarşısında edam edilib.

Gunaz.tv

Onlar 2022-ci il oktyabrın 26-da Şiraz şəhərində yerləşən Şahçıraq ziyarətgahına silahlı hücumda ittiham edilirdilər.

Həmin hücum nəticəsində 13 nəfər ölmüş, 25 nəfər isə yaralanmışdı.

Qeyd edək ki, Cari ilin 6 ayı ərzində İranda 354 nəfər edam edilib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 36 faiz artıb.

Narkotiklərlə bağlı ittihamlar üzrə 206 nəfər asılıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 126 faiz çoxdur.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar