SON XƏBƏRLƏR

Zahidanda öldürülənlərin sayı artdı 

2023.07.08, 14:53
Zahidanda öldürülənlərin sayı artdı 

Bu gün səhər saatlarında Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində polis bölməsinə hücum zamanı öldürülənlərin sayı məlum olub.

Gunaz.tv

Rəsmi məlumatlara görə, silahlı qarşıdurma nəticəsində iki polis zabiti və 5 hücumçu həyatını itirib.

Qeyri-rəsmi məlumatlar və bəluç fəllar ölü və yaralıların daha çox olduğunu bildiriblər.

Qeyd edək ki, İran rəsmiləri hadisə ilə bağlı zidiyyətli məlumatlar verirlər.

İlk saatlarda hücumun iki intiharçı şəxs tərəfindən həyata keçirildiyini iddia edən rəsmilər, günorta saatlarında intiharçıların olmadığını və silahl şəxslərin 16-cı polis bölməsinə basqın etdiklərini deyiblər.

Zahidana çox sayda hökumət qüvvələrinin cəlb olunduğu və onlarla mülki şəxsin həbs edildiyi bildirilir.

Səhər saatlarından başlayaraq, Zahidan və başqa bir neçə şəhərdə internet kəsilib və mobil telefon xidmətlərinin fəaliyyəti məhdudlaşdırılıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar