SON XƏBƏRLƏR

Ermənistana etiraz edən güneyli fəallar dindirilib

2023.07.09, 11:19
Ermənistana etiraz edən güneyli fəallar dindirilib

İyulun 7-də Xudafərin körpüsü yaxınlığında Araz çayı qırağında İran sərhədçiləri tərəfindən həbs edilən 6 güneyli fəal sərbəst buraxılıb.

Gunaz.tv

Mustafa Əvəzpur, Rəhim Sasani, Sədullah Sasani, Məhəmməd Mərdi, Məhəmməd Əlipur və Cəfər Noruzi adlı fəalların 28 saat dindirildikdən sonra buraxıldıqları bildirilir.

Onların yaxınlarının bildirdiyinə görə, fəallar Ermənistanın Araz çayını çirkləndirməsi və nəticədə Araz qırağı bölgələdə xərçəng xəstəliyinin yayılmasına etirazlarını bildirmək üçün Araz sahilində aksiya keçirmək niyyətində olublar.

Qeyd edək ki, Ermənistanın Mestamur Atom Elektrik Stansiyasının zəhərli tullantılarının Araz çayına axıdılması ilə bağlı dəfələrlə xəbərdarlıqlar edilib.

Şərqi Azərbaycan və Ərdəbil əyalətlərində xərçəng xəstəliyinin sürətlə yayılmasından sonra bir neçə millət vəkili və yerli məsul hökumət qarşısında məsələ qaldırıb. 

Yerli əhali və ekofəalların çox saylı etirazlarından sonra Parsabad və Biləsuvar şəhərlərinin İran parlamentindəki nümayəndəsi Şəkur Purhüseyn məsələ ilə bağlı açıqlama verib.

O, Ərdəbil bölgəsində "xərçəng sunamisi"nin baç verdiyini və bunun təhlükəli səviyyəyə çatdığı barədə xəbərdarlıq edib.

"Baş verənlər sübut edir ki, Ermənistanın sənaye tullantıları səbəbindən Araz çayında ağır metalların çox olması xərçəng xəstəliyinin yayılmasına səbəb olub",- millət vəkili bildirib.

Bir neçə gün öncə mayın 1-də isə ərdəbil Tibb Elmləri Universitetinin rektor müavini Məhəmməd Cəfərzadə Ərdəbilin İran əyalətləri arasında ilk yeri tutdduğunu söyləyib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar