SON XƏBƏRLƏR

Ərdoğan NATO sammiti üçün Litvaya gedir

2023.07.10, 10:04
Ərdoğan NATO sammiti üçün Litvaya gedir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüsdə keçiriləcək NATO Dövlət və Hökumət Başçıları Zirvə toplantısında iştirak etmək üçün 10-12 iyul tarixlərində Litva Respublikasına səfər edəcək.

Gunaz.tv

Bu barədə prezident adminstrasiyasının mətbuat xidməti məlumat yayıb.

Sammitdə Ukraynadakı müharibə, eləcə də NATO coğrafiyasına qarşı çağırışlar barədə strateji səviyyədə fikir mübadiləsi aparılacaq.

Eyni zamanda Alyansın müdafiə strukturunun gücləndirilməsi və NATO tərəfindən müəyyən edilən əsas təhdidlər, ilk növbədə, bütün forma və təzahürlərdə terrorizm qarşısında çəkindirmə planları müzakirə olunacaq.

Azvision xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın bu münasibətlə sammitdə iştirak edən həmkarları ilə ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur. 

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar