SON XƏBƏRLƏR

İran İraqın qazını kəsdi: "Qəfildən bizi çətin vəziyyətə saldılar"

2023.07.10, 15:24
İran İraqın qazını kəsdi: "Qəfildən bizi çətin vəziyyətə saldılar"

“İran əvvəlcədən bildiriş göndərmədən İraqa qaz ixracını dayandırıb". Bunu İraqın Elektrik Enerjisi Naziriliyinin sözçüsü Əhməd Musa deyib.

Gunaz.tv

“İraqda havanın temperaturu 51 dərəcə selsi olduğu bir vaxtda İran əvvəlcədən bildirmədən qaz ixarcını kəsib. Bu üzdən elektrik enerjisi stansiyalarımızın fəaliyyəti dayanıb"-Əhməd Musa iyulun 9-da verdiyi telemüsahibəsində belə deyib.

Onun sözlərinə görə, İrandan idxal olunan qazın azaldığına görə əl-Mansuriyyə, əl-Sədr, əl-Rəşid və sair stansiyaların fəaliyyəti dayanb.

"İran bu barədə heç bir xəbərdarlıq etmədən qəfildən bizi çətin vəziyyətə salıb.

Səbəb olaraq bildiriblər ki, İraqda vəsaitlərimiz var, ödənilməlidir.

Nazirlik isə qaz idxalı barədə İrana olan borclarını İraqın Ticarət Bankına ödəyib”-Nazirliyin sözçüsü belə deyib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar