SON XƏBƏRLƏR

İraq neft əvəzində İrandan qaz alacaq-Anlaşma imzalandı

2023.07.12, 12:30
İraq neft əvəzində İrandan qaz alacaq-Anlaşma imzalandı

İraq elektrik enerjisi böhranını həll etmək məqsədi ilə İranla anlaşmaya gedib. Beləki İraq təbii qaz müqabilində İrana neft verəcək.

Gunaz.tv

Bu barədə İraqın Baş nazirinin ofisi açıqlama yayıb.
Anlaşmanı iyulun 11-də  ofisin rəhbəri Ehsan əl-Əvadi və İranın Bağdadda səfiri Məhəmməd Kazım Al-İshaq imzalayıb.

Anlaşma iki tərəfin heyətləri və texniki komitələrinin bir neçə günlük danışıqlarından sonra İraq dövlətinin İrandan qaz idxalı probleminin həlli üçün əldə olunub.

Bildirişə əsasən anlaşma qazın daha rahat təmini, stansiyaların fəaliyyəti və elektrik enerjisinin istehsalında sabitliyi təmin edəcək.  

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar