SON XƏBƏRLƏR

Türkiyə lideri: "Rusiya sülhməramlıları 2025-ci ildə Qarabağı tərk edəcək"

2023.07.12, 22:23
Türkiyə lideri: "Rusiya sülhməramlıları 2025-ci ildə Qarabağı tərk edəcək"

2025-ci ilə qədər Rusiya təyin olunmuş yerlərdə qalacaq, həmin ildə isə bu yerləri tərk edəcək.

Gunaz.tv

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO liderlərinin sammitindən sonra keçirilən mətbuat konfransında azərbaycanlı jurnalistin Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı sualını cavablandırarkən deyib.

Türkiyə Prezidenti Rusiyanın bu razılaşmaya sadiq qalacağına inandığını vurğulayıb.

"Qardaşım Əliyev (Azərbaycan Prezidenti İlham Əliyev-red) zatən bunu diqqətlə izləyir", - Ərdoğan əlavə edib.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar