SON XƏBƏRLƏR

Təbrizli müəllim Bəhram Yəqubi işdən qovuldu

2023.07.13, 13:26
Təbrizli müəllim Bəhram Yəqubi işdən qovuldu

Təbriz əhərindən olan müəllim və Təhsil İşçiləri Həmkarlar İttifaqının tanınmış fəallarından olan Bəhram Yəqubi işdən qovulub.

Gunaz.tv

Yəqubinin dediyinə görə, ona qarşı "hökumətə qarşı təbliğat,", "etiraz aksiyalarında iştirak", "xarici media ilə əlaqə", "ictimai rəyi təhrik etmək və müəllimləri etiraz aksiyalarına çağırmaq" və başqa bu kimi ittihamlar irəli sürülb.

Bundan öncədə mədəni və ictiai fəaliyyətlərinə görə təzyiqlərə məruz qalan Bəhram Yəqubinin həbs ediləcəyinə zəmin hazırlandığı ehtimal edilir.

 Bundan əvvəl 4 oktyabr 2022-ci ildə təhlükəsizlik qüvvələri Bəhram Yəqubini Təbrizdəki evində həbs ediblər. 

Həbs zamanı məmurlar onun evində axtarış aparıb, onun və həyat yoldaşının kompüterini və telefonunu müsadirə ediblər.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və tələbələrin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb, onların bir çoxuna qarşı "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb. 

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar