SON XƏBƏRLƏR

"Azərbaycan sülh gündəliyinə sadiqdir"-Prezident

2023.07.13, 14:40
"Azərbaycan sülh gündəliyinə sadiqdir"-Prezident

Prezident İlham Əliyevin ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərdən danışılıb.

Gunaz.tv

Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması məqsədi daşıyan sülh gündəliyinə sadiqliyini və iki ölkə arasında sülh müqaviləsinin təşəbbüskarı olaraq onun imzalanmasını dəstəklədiyini vurğulayıb.

Dövlətimizin başçısı Antoni Blinkenin və ABŞ hökumətinin iki ölkə arasında sülh gündəliyinin irəli aparılmasına göstərdiyi davamlı dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib və yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüşün keçiriləcəyini bildirib. (azvision)

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar