SON XƏBƏRLƏR

Tehranda türklərin mədəniyyət və incəsənət festivalı keçiriləcək

2023.07.14, 12:11
Tehranda türklərin mədəniyyət və incəsənət festivalı keçiriləcək

Tehranda Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan əyalətlərinin iştirakı ilə İranda yaşayan türklərin mədəniyyət və incəsənət f festivalı keçiriləcək.

Gunaz.tv

Bu barədə Təbriz bələdiyyəsinin başçısı Yəqub Huşyar məlumat verib.

"Bu festivalın keçirilməsindən əsas məqsəd yerli və xarici investorların diqqətini maksimum dərəcədə cəlb etməkdir.

Bu festivalda Ərdəbil, Urmiya, Zəncan və Təbriz şəhərlərinin hər birinə bir gün ayrılması sərmayələrin cəlb edilməsinə və ictimai iştirakçılığın artmasına əhəmiyyətli təsir göstərəcək",- Huşyar bildirib.

Qeyd edək ki, xüsusilə son vaxtlar İran hökuməti Güney Azərbaycanda təşəbbüsü milli fəalların əlindən almaq və Azərbaycan Respublikasının mədəniyyət və incəsənət sahəsindəki təsirini azaltmaq məqsədilə belə təşəbbüslərə əl atır.

Bundan bir neçə gün əvvəl Şərqi Azərbaycan əyalətinin İrşad və Mədəniyyət Təşkilatı İranda türk dilində kitabların nəşri ilə bağlı bildirib ki, yalnız İranda Təbrizin danışıq şivəsində yazılan kitabların nəşrinə icazə veriləcək.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar