SON XƏBƏRLƏR

""İranla qaz əvəzinə neft" müqaviləsi sanksiyaların pozulmasıdır"-Sabiq ABŞ rəsmisi

2023.07.15, 13:10
""İranla qaz əvəzinə neft" müqaviləsi sanksiyaların pozulmasıdır"-Sabiq ABŞ rəsmisi

Amerikanın keçmiş 3 rəsmisi bildiriblər ki, Co Bayden administrasiyası bu barədə istisnaetmə sənədi çıxarmasa İranla qaz əvəzinə neft barter müqaviləsi Vaşinqtonun sanksiyalarını pozma anlamında olar.

Gunaz.tv

Trampın prezidentliyi vaxtında Amerikanın Milli Təhlükəsizlik Şurasının üzvü olmuş Riçard Goldberq bu barədə açıqlama verib.

“Milli Təhlükəsizlik Şurası tərəfindən istisna etmə sənədi çıxarılmadan Tehranla bu növ alış-verişin edilməsi bu ölkəyə sanksiyaların pozulmasıdır.

Bu hərəkət İranın enerji təmini ilə əlaqədar hər hansı bir növ alış-verişi qadağan edən “İranın Silahlarının Sərbəst İnkişafı ilə Mübarizə Qanununa” ziddir"-deyə, o, bildirib.

Adının gizli qalmasını istəyən Amerikanın XIN rəsmisi isə məsələ ilə bağlı bunları deyib: “Dövlət katibi Antoni Blinken mart ayının 21-də İraqla bağlı 120 günlük istisna etmə sənədi çıxarıb.

Bu sənəd elektrik istehsalı məqsədi ilə İraqa İrandan doğal qaz yox elektrik almağa icazə verir. Güman olunur ki, bu sənədə düzəliş olunmaqla İraqa barter imkanı verəcək”. 

Başqa bir sabiq ABŞ rəsmisi isə qaz-neft barter müqaviləsi barədə danışıb.

“İstisna sənədinə düzəliş olunarsa siyasi bir qərar hesab olunur. “İranın Silahlarının Sərbəst İnkişafı ilə Mübarizə Qanununu” ilə əlaqədar deyil, olsaydı Amerikanın sanksiyalarını tamamilə pozma anlamında olar”-deyə, o, bildirib.

Qeyd edək ki, İraqla İran bir müddət əvvəl İrandan qaz əvəzinə İraq tərəfindən qara neft verilməsi barədə barter müqaviləsi imzalayıb. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar