SON XƏBƏRLƏR

"İran Çin və Rusiya üçün strateji müttəfiq deyil"-Sabiq səfir

2023.07.15, 13:50
"İran Çin və Rusiya üçün strateji müttəfiq deyil"-Sabiq səfir

“Çin və Rusiya İranı anacq bir dost kimi görür və strateji müttəfiq hesab etmirlər. Həmçinin əlaqələrini xəyallar qurmaq üzrə deyil milli mənafelərinə əsasən tənzimləyirlər”. Bunu İranın İngiltərədə keçmiş səfiri Seyd Calal Sadatian deyib.

Gunaz.tv

Seyd Calal Sadatian İranın guya strateji müttəfiqləri xüsusilə də Rusiya və Çinin İranın ərazi bütövlüyü üzrə bu ölkəyə zidd mövqeləri barədə danışıb. 

Qeyd edək ki, Rusiya bir neçə gün öncə keçirilmiş Körfəz Ölkələri Strateji Əməkdaşlıq Şurasının bəyanatını dəsətkləyib.

Sənəddə Körfəzdə yerləşən 3 adanın BƏƏ-yə məxus olduğu bildirlir. Qeyd edək ki, həmin torpaqlara İranın ərazi iddiası var. Tehran onları özünün "toxunulmaz adaları" hesab edir. 

“Biz Rusiya və Çin kimi bir sıra ölkələri birtərəfli olaraq özümüzə strateji müttəfiq hesab edirik, lakin onlar bizimlə əlaqələri barədə belə düşünmürlər. Onlar bizi strateji müttəfiq deyil, ancaq bir dost kimi dəyərləndirir.

Ona görə də onlar Ərəbistan və ya sair Körfəzyanı ölkələrdən daha çox mənafe gözləniləndə bizim mənafeyimizə zidd hərəkət edir və onlara sarı yönəlirlər"-deyə, sabiq səfir bildirib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar