SON XƏBƏRLƏR

Əfqanıstanda İransayağı mərasimlərə qadağa qoyuldu

2023.07.16, 10:36
Əfqanıstanda İransayağı mərasimlərə qadağa qoyuldu

Taliban hökuməti məhərrəm ayında İransayağı əzadarlıq mərasimlərinin keçirilməsinə qadağa qoydu.

Gunaz.tv

Bu barədə Əfqanıstan mediası məlumat dərc edib.

Bundan sonra dini və əzadarlıq mərasimlərinin yalnız məscidlərdə keçiriləcəyi, ictimai yerlərdə dini bayraqların qaldırılması, sinə və zəncir vurulması kimi İran sayağı əzadarlıq ərasimlərinin qdağan edildiyi bildirilib.

İran tərəfinin bu qadağaya görə, Taliban hökumətini islam düşməni adlandırması iranlı sosial media istifadəçilərinin istehzası ilə qarşılaşıb.

Qeyd edək ki, İran başqa bölgə ölkələrində olduğu kimi Əfqanistanda da dini məsələlərdən, xüsusən şiəlik amilindən özünün siyasi maraqlarını təmin vasitəsi kimi istifadə edir.

Tehran hökuməti Əfqanıstanda olan şiələrdən ibarət "Fatemiyyun" adlı qanunsuz silahlı dəstə yaradıb.

Rejim Suriya və Əfqanistanın özündə bu qrup üzvlərinin xidmətlərindən istifadə edir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar