SON XƏBƏRLƏR

İranda ingilis dili tədris olunmayacaq

2023.07.17, 14:39
İranda ingilis dili tədris olunmayacaq

İran Ali Təhsil Şurasının Təlim və Tədris Komissiyasının katibi Məsumə Ramazaninin dediyinə görə, yeni təhsil ilindən İran məktəblərində ingilis dili tədris olunmayacaq.

Gunaz.tv

O, orta məktəb şagirdlərinin bir xarici dil öyrənmələrinin vacibliyini desə də, bu dilin ingilis dili olmayacağını bildirib.

"Bundan sonra şagirdlər ingilis dili yerinə Çin, fransiz, ispaniol, alman, italiyan, rus və ərəb dillərindən birini seçə bilərlər",- Ramazani bildirib.

Qeyd edək ki, bir n eçə gün öncə Ali Təhsil Şurasının qərarı və İbrahim Rəisinin təsdiqi ilə yeni təhsil ilindən İran məktəblərində Çin dilinin tədrisi qərara alınıb.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar