SON XƏBƏRLƏR

Amerika 14 İraq bankına sanksiya tətbiq edib

2023.07.20, 13:10
Amerika 14 İraq bankına sanksiya tətbiq edib

Amerika dollarla alış-verişlərin qarşısını almaq istiqamətində 14 İraq bankına sanksiya tətbiq edib. Bu iddia ilə amerikalı rəsmilərə istinadən "Val Strit Jurnal" nəşri çıxış edib. Qeyd olunur ki, buna səbəb İrana dollar köçürmə ehtimalıdır.

Gunaz.tv

Qəzet həmçinin əlavə edib ki, sanksiyadan məqsəd çirkli pulların yuyulması və İrana dolların keçməsinin qarşısını almaqdır.

Sanksiyaları Amerikanın Maliyyə Nazirliyi və Nyu-York şəhəri Federal Rezerv Bankı tətbiq edib.

Sanksiya siyahısına İrqaın Əl-Müstəşar İslam Bankının, Ərbil Bankı, Dünya İslam Bankı və Zeyn İslam Bankının adları salınıb. 

İraq dövləti, İraqın Özəl Banklar Birliyi, Amerikanın Maliyyə Nazirliyi və Nyu-York şəhəri Federal Rezerv Bankı hələ bu sanksiyalara necə nəzarət olacağı barədə mövqe bildirməyiblər. 

Qəzetin bildirməsinə istinadən Amerika həmin bankların çirkli pulların yuyulması istiqamətində qanunsuz transaksiya etdikləri barədə müəyyəm məlumat əldə edib. 

Amerikalı rəsmilər həmçinin bildiriblər ki, bank əməliyyataları sanksiya tətbiq edilmiş şəxslərlə əlaqədar olub və İran bu prosesdə maraqlı tərəf ola bilər.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar