SON XƏBƏRLƏR

97 yaşlı Cənnəti yenidən vəzifəyə təyin edildi

2023.07.20, 14:41
97 yaşlı Cənnəti yenidən vəzifəyə təyin edildi

İran Ekspertlər Məclisinin (Məclisi Xobreqan) 97 yaşlı başçısı Əhməd Cənnəti növbəti dəfə Keşikçilər Şurasının (Şurayi Negəhban) katibi vəzifəsinə təyin edilib.

Gunaz.tv

Siyamək Rəhpeyk onun müavini, Hadi Təhan Nəzif isə şuranın sözçüsü vəzifələrinə süçiliblər.  

İran Konstitusiyasının Keşikçiləri Şurası xüsusilə parlamentin qərarlarını təsdiq etmək və ya ləğv etmək, həmçinin prezident seçkiləri, Məclis və Ekspertlər Məclisinə namizədlərin vəsiqələrini rədd etmək və ya təsdiqləmək kimi geniş səlahiyyətlərə malikdir.

Əli Xameneyinin yaxın adamı olan Əhməd Cənnətinin adı 2019-cu ildən Ameriükanın sanksiya tətbiq etdiyi şəxslər siyahısındadır.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar