SON XƏBƏRLƏR

İranın Beynəlxalq Dənizçilik Konfransı ilə bağlı xahişi rədd edilib

2023.07.21, 14:40
İranın Beynəlxalq Dənizçilik Konfransı ilə bağlı xahişi rədd edilib

BMT-yə bağlı Beynəlxalq Dənizçilik Təşkilatının (International Maritime Organization) sözçüsü təşkilatın ildönümü ilə bağlı iclasına İranın ev sahibliyi etməsi xahişinin rədd edildiyini açıqlayıb.

Gunaz.tv

Amerikanı və Britaniyanın da himayə etdiyi əsaslandırılmış bir ərizə ilə İranın bu istəyinin təşkilat tərəfindən rədd edilməsini xahiş edib. 

Səbəb kimi ərizədə İranın bir müddət öncə Amerikanın iri neft şirkəti Şevronun idarəçiliyində olan "Riçmond Voyecer" neft tankerini zəbt etməyə cəhd etməsi olduğu bildirilib. 

Qeyd edək ki, İranın Beynəlxalq Dənizçilik Konfernasnın Tehranda keçirilməsinə 2015-ci ildə ərizəsi təşkilatın İcra Şurası tərəfindən qəbul olunmuşdur.

Amerika İranın bu istəyinə qarşı çıxması barədə açıqlama verib: “İran ötən 2 il ərzində ticarət sahəsində fəaliyyət göstərən 20-dən çox gəmiyə həmlə edib, hədələyib və yaxud zəbt edib.”

Britaniyada yerləşən Təşkilatın sözçüsü bildirib ki, üzv olan ölkələrin çoxu iyulun 20-də Amerikanın bu təklifinə müsbət səs verib, bu isə İranın istəyinin ləv olunması anlamındadır.

İranın XİN sözçüsü Nasir Kənani bu gün iyulun 21-də İranın ərizəsinin ləğv olunmasını qınayıb.

“Amerikanın iddiaları yalandır və gerçəkliklərə ziddir. İran həmişə beynəlxalq gəmiçilik qanunlarına və öhdəliklərinə riayət edir” -deyə Kənani qeyd edib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar