SON XƏBƏRLƏR

Zəngan və Əhərdə iki məhbus edam edildi

2023.07.22, 14:20
Zəngan və Əhərdə iki məhbus edam edildi

Güney Azərbaycanın Zəngan və əhər şəhərlərinin həbsxanalarında iki məhkum edam edilib.

Gunaz.tv

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıblar.

Məlumatda hər iki şəxsin adam öldürməkdə günahlandırıldıqları bildirilib.

Zəncan həbsxanasında edam edilənin Aydın İmami olduğu bildirilsə də, Əhərdə edam edilən məhkumun kimliyini hələlik dəqiqləşdirmək mümkün olmayıb.

Qeyd edək ki, Cari ilin 6 ayı ərzində İranda 354 nəfər edam edilib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 36 faiz artıb.

Narkotiklərlə bağlı ittihamlar üzrə 206 nəfər asılıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 126 faiz çoxdur.

Timur 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar