SON XƏBƏRLƏR

Urmuda milli fəallar Meysəm Şirini və Rəsul Əsədzadə həbs edilib

2023.07.24, 13:19
Urmuda milli fəallar Meysəm Şirini və Rəsul Əsədzadə həbs edilib

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində fəallar Meysəm Şirini və Rəsul Əsədzadə təhlükəsizlik təhlükəsilik məmurları tərəfindən həbs ediliblər.

Gunaz.tv

Məlumata görə, hər iki şəxsin həbsi zamanı evlərində axtarış aparılıb, onlara məxsus şəxsi əşyalar, o cümlədən komputer və mobil telefonlar götürülüb.

Meysəm Şirininin Urmu həbsxanasına köçürüldüyü, Rəsul Əsədzadənin isə hara aparıldığı barədə məlumat əldə etmək mümkün olmadığı qeyd edilib.

Meysəm Şirini bundan əvvəl 2022-ci ilin noyanr auının 16-da da həbs edilmiş və bir müddət sonra girov qarşılığında sərbəst buraxılıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar