SON XƏBƏRLƏR

Tehran xəstəxanasında rəzalət: "Xəstələr evdən ventilyator gətirir"

2023.07.25, 14:40
Tehran xəstəxanasında rəzalət: "Xəstələr evdən ventilyator gətirir"

Yayın isti günlərində İranın paytaxtı Tehran şəhərinin ən böyük xəstəxanalarından birinin heç bir sərinləşdirmə sistemi işləmir.

Gunaz.tv

Bu barədə İranın “Xəbər Online” portalı məlumat yayıb.

Məlumata görə, paytaxt Tehranda 40 dərəcə istilik olduğu bir halda Rəsul Əkrəm adına Xəstəxananın İntensiv Qayğılar Şöbəsinin (ICU) xəstələrinə minimum sərinləşdirmə imkanları təmin olunmur.

Nəticədə xəstənin qohumları xəstəxanaya ventilyator gətirməli olub. 

Xəstələrin qohumlarının portala təqdim etdikləri şəkillərdən aydın olur ki, havaların ist keçməsinə rəğmən xəstəxanada havalandırma və sərinləşdirmə sistemi yoxdur.

"Xəstəxanada sərinləşdirmə və ventilyasiya sisteminin olması vacibdir. 

Bu imkanların, özü də paytaxtda olmaması bir faciədir və xəstələrə ağlagəlməz problemlər törədə bilər.

Paytaxtın durumu bu haldadırsa əyalətlərin şəhərlərində və təminatı az bölgələrdə durumlarının necə olduğu düşündürücü bir məsələdir”-sayt belə yazıb.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar