SON XƏBƏRLƏR

İranın idman və gənclər naziri istefa verdi

2023.07.25, 14:21
İranın idman və gənclər naziri istefa verdi

İbrahim Rəisinin yaxın kadrlarından olan İranın idman və gənclər naziri Həmid Səccadi öz vəzifəsindən istefa verib.

Gunaz.tv

Bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.

Onun istefasının səhhətindəki problemlərlə bağlı olduğu iddia olunsa da, parlament üzvü bunu təkzib edib.

"Səccadi beynəlxalq səviyyədə İranın abırısını aparıb, dövlət bir həftə ərzində onun istefaya göndəriləcəyinə söz verib, əks təqdirdə impiçment olunacaq",- İran parlamentinin İdarə Heyətinin üzvü Müctəba Yusifi bir neçə gün əvvəl bildirmişdi.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar