SON XƏBƏRLƏR

Rusiya qırıcısı ABŞ-a məxsus drona atəş açıb

2023.07.26, 08:46
Rusiya qırıcısı ABŞ-a məxsus drona atəş açıb

İyulun 23-də Rusiya qırıcısı Suriya səmasında ABŞ-ın pilotsuz uçuş aparatını vurub.

Gunaz.tv

Bildirilib ki, Rusiya qırıcısı Suriya səmasında ABŞ pilotsuz uçuş aparatının bir neçə metrliyində uçaraq ona atəş açıb və nəticədə "MQ-9 Reaper" PUA-sının pərinə ciddi ziyan vurub.

Uçuş heyəti uçuşa nəzarət edə bilib və onu təhlükəsiz şəkildə öz bazasına qaytara bilib.

ABŞ Hərbi Hava Qüvvələrinin Mərkəzi Qərargahının rəhbəri general-leytenant Aleks Qrinkeviç bu hücumun Rusiya qırıcısının bölgədə ekipajı daşıyan ABŞ müşahidə təyyarəsinə təhlükəli şəkildə yaxınlaşaraq dörd amerikalı ekipaj üzvünün həyatını təhlükəyə atmasından cəmi bir həftə sonra baş verdiyini söyləyib.

“Biz Suriyadakı Rusiya qüvvələrini bu ehtiyatsız, təxribat xarakterli və qeyri-peşəkar davranışa dərhal son qoymağa çağırırıq”, - deyə o bildirib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar