SON XƏBƏRLƏR

İranda çörək yenidən bahalaşır

2023.07.26, 12:36
İranda çörək yenidən bahalaşır

İyulun 25-də İranın Məşhəd Şəhərində bütün nğv çörəklərin qiyməti 40% bahalaşıb.

Gunaz.tv

Kəskin bahalaşma ilə öncədən heç bir məlumat verilməməsi vətəndaşlarla çörək sexləri sahibləri arasında qarşıdurmalara səbəb olub.

Bundan öncə çörək qiymətinin bahalaşmayacağı ilə bağlı rəsmilərin vədlərinə inanan məşhədlilərin gözlənilməz qiymət artımından şok olduqları bildirilir.

Onlar sosial mediada məsələ ilə paylaşımlar edərək etirazlarını ifadə edib, əyalət valiliyinin məsuliyyət daşıdığı halda heç bir açıqlama verməməsini vətəndaşlara qarşı saymamazlıq kimi dəyərləndiriblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar