SON XƏBƏRLƏR

İranın məşhur aktyoru Şöhrə Qəmər həbs edilib

2023.07.27, 09:09
İranın məşhur aktyoru Şöhrə Qəmər həbs edilib

İran kinosunun tanınmış aktyoru Şöhrə Qəmər iyulun 26-da həbs edilib. Onun harada saxlanıldığı barədə məlumat verilmir.

Gunaz.tv

Bu barədə məlumat yayan İranın "Təsnim" xəbər agentliyi sənətçinin sosial mediada təhqiramiz paylaşımlar etdiyinə görə saxlanıldığını yazıb.

"Şöhrə Qəmər sosial mediada cəmiyyətin psixi və mənəvi təhlükəsizliyinə xələl gətirən təhqiramiz materiallar dərc etdiyinə görə məsuliyyətə cəlb olunub və barəsində cinayət işi aşılıb.

Onunla bağlı araşdırmalar aparılır",- məlumatda bildirilib.

Qeyd edək ki, Şöhrə Qəmər sosial mediada hökumətin insanların, xüsusilə qadınların geyim tərzinə müdaxiləsini pisləyən paylaşımlar edib. 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar