SON XƏBƏRLƏR

İranda çörək bahalaşacaq

2023.07.27, 16:56
İranda çörək bahalaşacaq

İranda çörəyin bahalaşması ilə bağlı məlumatların etiraz doğurduğuna baxmayaraq, çörək qiymətlərinin bütün ölkə üzrə bahalaşacağı bildirilib.

Gunaz.tv

"Fars" xəbər agentliyinin verdiyi məlumata görə, qiymət artımı yalnız bir neçə əyalətə şamil deyil və bu bəlli bir müddət ərzində ölkənin bütün əyalətlərində həyata keçiriləcək.

Qeyd edək ki, iyulun 25-də İranın Məşhəd Şəhərində bütün növ çörəklərin qiyməti 40% bahalaşıb.

Kəskin bahalaşma ilə öncədən heç bir məlumat verilməməsi vətəndaşlarla çörək sexləri sahibləri arasında qarşıdurmalara səbəb olub.

Bundan öncə çörək qiymətinin bahalaşmayacağı ilə bağlı rəsmilərin vədlərinə inanan məşhədlilərin gözlənilməz qiymət artımından şok olduqları bildirilir.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar