SON XƏBƏRLƏR

Anişa Əsədullahi həbsxanaya aparıldı

2023.07.28, 16:13
Anişa Əsədullahi həbsxanaya aparıldı

Tanınmış müəllim, tərcüməçi və ictimai fəal Anişa Əsədullahi Evin həbsxanasının ümumi bölməsinə köçürülüb.

Gunaz.tv

Onunq ardaşı Əli Əsədullahınin verdiyi məlumata görə, 34 yaşlı müəllim 5 il 8 aylıq həbs cəzasını çəkmək üçün həbsxanaya köçürülüb.

Qeyd edək ki, Anişa Əsədullahi 2022-ci il mayın 9-da  həyat yoldaşı İran Yazıçılar Birliyinin üzvü, yazıçı və ictimai fəal Keyvan Möhtədi ilə birlikdə özlərinin şəxsi mənzillərində həbs olunublar.

O, Fransanın sinfi təşkilatlarının birinin nümayəndələri ilə görüşdüyü üçün həbs edilib və uzun müddət təhlükəsizlik təcridxanasında dindirilib.

Anişa Əsədullahi bundan öncədə fəhlələrin etiraz mitinqlərinə qatıldığı və onların problemlərini ictimailəşdirdiyi üçün dəfələrlə saxlanıb və bir il müddətinə azadlıqdan məhrum edilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar