SON XƏBƏRLƏR

İranda ekoloji fəlakət- meşələr sürətlə məhv olur

2023.07.29, 09:23
İranda ekoloji fəlakət- meşələr sürətlə məhv olur

İranda 2020-202-ci illər arası yanğın, insan müdaxiləsi, mədən istixracı və başqa bu səbəblərə görə, 45 min hektar meşə məhv olub.

Gunaz.tv

Bu barədə iranlı ekoloqlar məlumat yayıbıar.

Bundan öncəki illərdə ildə ortalama 12 min hektar meşə zolağının məhv edildiyini deyən ekoloqlar, son illər bunun əhəmiyyətli dərəcədə artdığını bildiriblər.

Məlumatda hakimiyyətin ətraf mühitin qorunması, meşələrdə baş verən yanğınların qarşısının alınması üçün yetərli texnika və avadanlıq ayırmaması qeyd edilib.

Ekoloqların sözlərinə görə, 2021-ci ildə meşələrin məhv olması ilə bağlı tərtib edilən statistikada Qərbi Azərbaycan əyaləti ilk 6 əyalətdən biri olub.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar