SON XƏBƏRLƏR

“Cəmiyyətin artım əmsalı faciəvidir”- iranlı iqtisadçı

2023.07.31, 15:50
“Cəmiyyətin artım əmsalı faciəvidir”- iranlı iqtisadçı

“Artıq cəmiyyətin artımı əmsalında faciə baş verib. Nəticələrini tezliklə milli təhlükəsizlik və iqtisadiyyat sahəsində görəcəyik”- iranlı iqtisadçı Hüseyn Rağfər bildirib.

Gunaz.tv

Tehranın Əlzəhra Universitetinin iqtisadiyyat müəllimi Dr. Hüseyn Rağfər “Nəvəd İqtisadi” televiziya proqramında çıxışı zamanı İranda cəmiyyətin artımı əmsalının fəciəvi həddə endiyini bildirib. 

“Respublikada cəmiyyətin böyümə əmsalı faciəli tərzdə 0.7 əmsalına enib. Ailələrin çoxu bir üzvlü olub və münasib iş tapa bilmirlər.”

Qeyd edək ki, sosiologiyada 1 üzvlü ailə cütlüyün birinin ölməsi və ya boşanması ilə tək yaşayan və yenidən ailə qurmayanlara deyilir. 

Xatırladaq ki, İran rəsmiləri, o cümdənə ölkənin rəhbəri Əli Xaməneyi xalqın qocalmaya doğru getdiyinə görə illərdir ki, İran xalqına mümkün qədər övlad gətirmə tövsiyəsi ilə çıxış edirlər.

Sosioloqlar isə rəsmilərə xitabən “siz ölkənin iqtisadiyyatını və xalqın məişətini yüksəldin xalq özü övlad gətirmə borcunu yerinə yetirər.” deyərək ölkə iqtisadiyyatı və ailələrin məişətinin acınacaqlı olduğunu bildiriblər.

 Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar