SON XƏBƏRLƏR

Həmədanda yeni xəstəlik yayılıb

2023.08.01, 12:46
Həmədanda yeni xəstəlik yayılıb

Həmədanın 13 kəndinin suyunun mikroblarla çirklənməsi nəticəsində bölgədə yüzlərlə insan malta qızdırmasına yoluxub.

Gunaz.tv

Bu barədə əyalətin Kəbudərahəng mahalının fərmandar müavini Mehdi Səadətmən məlumat verib.

Onun sözlərinə görə, bölgədə davamlı elektrik kəsintiləri suyun xlorlaşdırılmasına imkan vermir.

"Bölgədə elektrik enerjisinin tez-tez kəsilməsi səbəbindən kəndlərin içməli suyunun lazımi qaydada xlorlanması aparılmır və bu içməli suyunun mikroblarla çirklənməsinə, xəstəliyin sürətlə yayılmasına səbəb olur",- Səadətmənd bildirib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar